Türkmənistanda iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvilinin səfəri başlayıb.
İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinin məlumatına görə, Gürcüstan nümayəndə heyətini Aşqabad beynəlxalq hava limanında Türkmənistanın Ticarət və Xarici İqtisadi Əlaqələr nazirinin müavini Kerimberdi Kurbanov qarşılayıb.
Səfər çərçivəsində Mariam Kvrivişvilinin Türkmənistan hökumətinin yüksək səviyyəli rəsmiləri ilə bir sıra görüşlər keçirməsi planlaşdırılır. Bundan əlavə, o, həmsədr qismində Gürcüstan–Türkmənistan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 5-ci iclasına rəhbərlik edəcək.