Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Gürcüstana rəsmi səfəri başlayıb

12:18, 16.07.2026

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Gürcüstana rəsmi səfərə gəlib.

Tbilisi Beynəlxalq Hava Limanında Türkmənistan Prezidenti və nümayəndə heyətini Gürcüstanın vitse-baş naziri, müdafiə naziri İrakli Çikovani qarşılayıb.

Səfər çərçivəsində Prezident sarayında Türkmənistan Prezidentinin rəsmi qarşılanma mərasimi keçiriləcək və onun Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ilə təkbətək görüşü baş tutacaq.

Sabah Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə Sərdar Berdiməhəmmədov arasında təkbətək görüş planlaşdırılır. Həmçinin nazirlərin iştirakı ilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

Oxşar