Fransa və Almaniyadan sonra, Türkiyəyə silah ixracı ilə bağlı lisenziyayı Böyük Britaniya iqtidarı da dayandırır.
Bu barədə məlumatı BBC yayır.
Xarici İşlər Naziri Dominik Raabın dediyinə görə, Böyük Britaniya Türkiyəyə silah ixracına detallı nəzarət həyata keçirəcək.
Türkiyənin etdiyi hərəkət, müttəfiqimizdən gözlədiyimiz bir hərəkət deyil. Bu axmaq və kontr-produktiv hərəkət sadəcə Rusiya və Əsəd rejimi üçün məqbul ola bilər” – dedi Britaniyalı diplomat.
Dominik Raabın dediyinə görə, Böyük Britaniya Türkiyəyi bir tərəfli hərbi əməliyyatı dayandırmağa səsləyir.
Xatırladaq ki, oktyabrın 9-da, Türkiyə, Suriyənin şimal hissəsində, kürt döyüşçülərinə qarşı hərbi əməliyyat keçirməyə başladı.