Türkiyəyə səfəri çərçivəsində Volodimir Zelenski Rəcəb Tayyib Ərdoğanla görüşəcək
Ukrayna Prezidenti Volodimir Zelenski noyabrın 19-da türk həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Bu haqda məlumatı Zelenski İspaniyanın Baş naziri Pedro Sançeslə birlikdə keçirilən mətbuat konfransında təsdiqləyib.
Zelenskinin qeyd etdiyi kimi, Ərdoğanla Ukraynada ədalətli sülhə nail olmağın yolları haqda danışacaq.
“Onunla Ukraynada ədalətli sülhə nail olmağı təmin etmək üçün ən yaxşı mümkün yollar barədə danışacağam. Bu, çox mənalı bir söhbət olacaq. Türkiyə Prezidenti ilə yaxşı münasibətlərim var. Amerika Birləşmiş Ştatlarından müəyyən mövqelər və siqnallar var” – Ukrayna Prezidenti qeyd edib.
Məlumat üçün bildirək ki, Volodimir Zelenski Madrid səfərindən sonra Türkiyəyə gedəcək və Türkiyə Prezidentindən başqa, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkofun da iştirak edəcəyi danışıqlar aparacaq.