Türkiyəyə İrakli Ğaribaşvilinin səfəri başladı
Türkiyəyə İrakli Ğaribaşvilinin səfəri başladı

Gürcüstanın baş naziri, İrakli Ğaribaşvilinin Türkiyə Cümhuriyyətinə səfəri başladı.

Baş nazirin mətbuat xidmətinin məlumatına görə, Ankara Esenboğa Beynəlxalq Aeroportunda hökumət başçısının qarşılama mərasimi keçirildi.

Elə onların məlumatına görə, İrakli Ğaribaşvilini aeroportda Ankara qubernatorunun müavini Murat Soylu, Ankara merinin səlahiyyətlərini icra edən Sercan Çiğqin, Ankara Jandarma Komandanlığının rəis müavini Uğur Urhan, Türkiyə Xarici İşlər Nazirliyinin İkitərəfli Siyasi Məsələlər Baş Direktoratının baş direktoru Gökhan Turan və Gürcüstanın Türkiyə Cümhurriyətində fövqəladə və səlahiyyətli səfiri Giorgi Cancğava qarşıladılar.

Baş nazir Türkiyə Cümhurriyətində nümayəndə heyəti ilə birlikdədir.