Türkiyəyə ilk rəsmi səfəri çərçivəsində Fridrix Merts Ankarada Rəcəb Tayyib Ərdoğanla görüşüb

19:56, 30.10.2025

 

Türkiyəyə ilk rəsmi səfəri çərçivəsində Almaniya kansleri Fridrix Merts Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Səfər çərçivəsində tərəflər ikitərəfli münasibətlər, xarici siyasət və iqtisadiyyat, miqrasiya və təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Görüşdən sonra keçirilən mətbuat konfransında Fridrix Merts Türkiyəni Avropa İttifaqının yaxın müttəfiqi kimi gördüyünü və ikitərəfli iqtisadi əlaqələri inkişaf etdirmək istədiyini bildirib.

“Avropaya gedən yolu asanlaşdırmağa davam etmək istəyirik” – Merts bildirib.

Türkiyənin lideri isə Türkiyə və Almaniyanın müdafiə sənayesində böyük potensiala malik olduğunu və tərəflərin birgə layihələrə diqqət yetirməli olduğunu qeyd edib.

“Avropadakı təhlükəsizlik vəziyyətini nəzərə alaraq, müdafiə sənayesi məhsullarının alınması ilə bağlı problemləri arxada qoymalı və birgə layihələrə diqqət yetirməliyik” – Ərdoğan qeyd edib.

Oxşar