Türkiyənin zavodlarından birində partlayış nəticəsində 12 nəfər həlak olub
Türkiyədə zavodlardan birində partlayış nəticəsində 12 nəfər həlak olub, 3 nəfər yaralanıb. Bu haqda məlumatı “CNN Türk” yayır.
Hadisə Türkiyənin qərbində, Balıkesir şəhərində yerləşən partlayıcı maddələrin istehsalı zavodunda baş verib.
Bölgənin qubernatoru İsmayıl Ustaoğlu bildirib ki, hadisə itkilərlə nəticələnib, lakin dəqiq sayı açıqlamayıb.