Türkiyənin Xarici İşlər Nazirliyi – Türkiyə Livanda İsrailin quru əməliyyatını qətiyyətlə pisləyir
Türkiyənin Xarici İşlər Nazirliyi – Türkiyə Livanda İsrailin quru əməliyyatını qətiyyətlə pisləyir

Türkiyənin Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur ki, İsrailin Livandakı quru əməliyyatı regionda sabitliyin daha da pozulmasına səbəb olur.

“İsrail hökuməti Livanda soyqırım və kollektiv cəza siyasətini həyata keçirir, bu isə regionda yeni humanitar fəlakətə yol aça bilər”, – deyə bəyanatda vurğulanıb.

Türkiyənin Xarici İşlər Nazirliyi bir daha Livana qarşı hücumlar qarşısında onun suverenliyinə və ərazi bütövlüyünə dəstəyini təsdiqləyib.