Türkiyənin Ukraynadakı səfiri Rəcəb Tayyib Ərdoğanın Ukraynaya səfər etməyi planlaşdırdığı haqda məlumat verir
Türkiyənin Ukraynadakı səfiri Rəcəb Tayyib Ərdoğanın Ukraynaya səfər etməyi planlaşdırdığı haqda məlumat verir

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfər etməyi planlaşdırır.

Bu barədə Türkiyənin Ukraynadakı səfiri Neriman Celal bildirib.

Diplomat həmçinin qeyd edib ki, səfərin əsas mövzusu ola bilsin iki ölkə arasında azad ticarət sazişinin ratifikasiyası olsun.

“Türkiyədə Ukraynaya daha çox diqqətin yönəldilməsi üçün biz birgə nailiyyətlər üzərində işləməliyik. Bu, biznes əməkdaşlığının intensivləşdirilməsini, azad ticarət sazişinin ratifikasiyasını və ali səviyyədə qarşılıqlı səfərləri əhatə edə bilər. Hazırda prezident Ərdoğanın Ukraynaya səfərinin təşkilinə fəal şəkildə çalışırıq. Prezident Zelenski şəxsən dəvətini çatdırıb və bunu Türkiyə Prezidenti ilə görüş zamanı da təkrarladım. Bu səfər mühüm səy tələb edir, çünki onun həyata keçirilməsinə maneə olan çoxlu məsələlər var. Türkiyə azad ticarət sazişinin imzalanmasında maraqlıdır. Bu saziş biznesimizin əhəmiyyətli hissəsi üçün vacibdir, lakin bəziləri üçün artan rəqabət səbəbilə gərginlik yarada bilər. Lakin, bu siyasi qərardır. Prezident Zelenski bu sazişin ratifikasiyasını Ərdoğanın səfəri zamanı həyata keçirməyi təklif etdi, bu da yaxşı və simvolik addım olardı. Biz Türkiyə Prezidentinin qərarını gözləyirik” – Neriman Celal bildirib.