Türkiyənin şimal-şərqində qar yağıb. Medianın yazdığına görə, Rizə şəhərinin dağlıq bölgəsində temperatur kəskin şəkildə enib.
Rizə Qara dəniz sahilində yerləşir və Gürcüstan sərhədindən təxminən 120 kilometr məsafədədir.
Yerlı jurnalistin sözlərinə görə, o, indiyədək iyul ayında burada heç vaxt qar görməyib.
“Rizədə biz hava şəraitinin anormal dəyişikliklərinə öyrəşmişik. Mart ayında bir neçə dəfə qar yağdığı olub, amma bu qədər çox – heç vaxt. Yaşlılar deyirlər ki, 30-40 il əvvəl iyul ayında qar görüblər, amma bu qədər güclüsünü – heç vaxt,” – deyə yerli jurnalist bildirir.
Qar ən azı 100 kilometr uzunluğundakı ərazini əhatə edib. Ən böyük problemlər isə Artvin şəhərində yaranıb.
Eyni zamanda ölkənin digər bölgələrində meşə yanğınları davam edir. İzmir şəhərində yanğınlar nəticəsində iki nəfər həyatını itirib. Yerli hakimiyyətin məlumatına görə, yanğınların çoxuna nasaz elektrik kabelləri səbəb olub. 44 şübhəli saxlanılıb – əsasən fəhlələr və fermerlər.