Türkiyənin prezident seçkilərində Gürcüstanda açılan seçki məntəqələrində, səslərin əksəriyyətini Muharrem İnce aldı
Türkiyənin prezident seçkilərində rəsmi göstəricilərə əsasən, Gürcüstanda açılan seçki məntəqələrində, səslərin əksəriyyətini Muharrem İnce aldı.
Müxalifət namizədi səslərin 49.32 faizini aldı, qüvvədə olan prezident Rəcəp Tayyip Erdoğan isə, 36.22 faizini.
Seçki məntəqələri Tbilisidə, Türkiyənin Gürcüstandaki səfirliyinin binasında və Batumidəki baş konsulluqda açılmışdı.
Qeydiyyatdan keçən 1799 seçicidən, öz mövqeyini 590 nəfər bildirdi.
Muharrem İnce, necə Tbilisidə (52.4 faiz), eləcə də, Batumidə (45.2 faiz) səslərin əksəriyyətini aldı.
Muharrem İnce müxtəlif ölkələrdə Erdoğandan daha çox səs yığdı.
Xatırladaq ki, Türkiyənin prezident seçkilərində Rəcəp Tayyip Erdoğan qalib oldu. O səslərin 52.6 faizini yığdı.