Koronavirusa görə, Gürcüstanda Türkiyə Konsulluğu işini müvəqqəti dayandırır
Koronavirusa görə, Gürcüstanda Türkiyə Konsulluğu işini müvəqqəti dayandırır

Koronavirusun yayılması göstəricilərinin artmasına görə, Gürcüstanda Türkiyə Konsulluğu işini müvəqqəti olaraq dayandırır.

Müvafiq məlumatı Türkiyə Səfirliyi “feysbuk” sosial şəbəkəsində yayır.

Diplomatik missiya öz vətəndaşlarına müraciət edir ki, lazım olduğu təqdirdə Konsulluqla telefon vasitəsilə əlaqə saxlasınlar.