Türkiyənin parlament nümayəndə heyəti işğal xətti yaxınlığında olub
Gürcüstanda işgüzar səfərdə olan Türkiyə Respublikasının Böyük Millət Məclisinin Təhlükəsizlik və Kəşfiyyat Komitəsinin sədri Veysel Tipioğlu onu müşayiət edən nümayəndə heyəti ilə birlikdə Odzisi kəndi yaxınlığında işğal xətti yaxınlığında olub.
Gürcüstan Parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsinin sədr müavini Qia Benaşvili Türkiyənin parlament nümayəndə heyəti ilə birlikdə işğal xəttində olub.
Türk qanunvericilər məlumat brifinqində Rusiya Federasiyası tərəfindən Gürcüstanda həyata keçirilmiş işğalçı hərəkətlər barədə məlumat dinləyiblər.
Qia Benaşvili türk həmkarlarına Gürcüstan tərəfindən seçilmiş sülh siyasəti haqda danışıb və Rusiyanın atəşkəs razılaşması və beynəlxalq hüquqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi üçün ona qarşı beynəlxalq təzyiqi gücləndirməyin vacib olduğunu qeyd edib.
Türkiyə Respublikasının Böyük Millət Məclisinin nümayəndə heyətinin üzvləri Gürcüstana səfərləri çərçivəsində Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili və Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri Aleksandre Tabatadze ilə görüşüblər.
Məlumatı Gürcüstan Parlamentinin İctimaiyyətlə Əlaqələr və İnformasiya Departamenti yayır.