Türkiyənin Müdafiə Nazirliyində bildirirlər ki, qəzaya uğramış Türkiyə təyyarəsinin bortunda 20 hərbçi olub
Türkiyənin Müdafiə Nazirliyində bildirirlər ki, qəzaya uğramış Türkiyə təyyarəsinin bortunda 20 hərbçi olub

Gürcüstan ərazisində qəzaya uğramış hərbi-nəqliyyat təyyarəsinin bortunda 20 hərbçi olub. Bu barədə məlumatı Azərbaycan mediası Türkiyənin Müdafiə Nazirliyinə istinadən yayıb.

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, Siqnax rayonunda, Gürcüstan sərhədindən təxminən 5 kilometr məsafədə, Azərbaycan-Türkiyə istiqamətində uçuş həyata keçirən Türkiyənin hərbi təyyarəsi qəzaya uğrayıb. “Sakaeronavigasiya”da bildiriblər ki, Türkiyənin C130 tipli hava gəmisi Gürcüstan ərazisini keçdikdən bir neçə dəqiqə sonra radarlardan itərək heç bir siqnal vermədən yoxa çıxıb və bundan sonra axtarış-xilasetmə işləri başlanıb.

Bununla yanaşı, Türkiyənin Müdafiə Nazirliyi təsdiqləyir ki, Gürcüstan-Azərbaycan sərhədində Türkiyəyə məxsus “C-130” tipli nəqliyyat təyyarəsi qəzaya uğrayıb.