Türkiyənin Müdafiə Nazirliyi Qara dəniz üzərində idarədən çıxan dronu vurduqları haqda məlumat verir
Türkiyənin Müdafiə Nazirliyi Qara dəniz üzərində, ölkənin hava məkanına yaxın ərazidə “idarədən çıxan” dronu vurduqları haqda məlumat verir.
“Hava məkanının təhlükəsizliyini təmin etmək üçün bizim və NATO-nun F-16 qırıcı təyyarələrimiz havaya qalxdı” – Türkiyənin Müdafiə Nazirliyinin bəyanatında qeyd olunub.
Nazirliyin məlumatına əsasən, dron Türkiyənin hava məkanına yaxınlaşırdı və standart prosedurlar zamanı aşkar edilib.
Bəyanatda dronun tipi və ya hansı ölkədən olması haqda heç nə deyilmir.