Türkiyənin müdafiə naziri – Türkiyə regionda ümumi sülh və sabitliyə mənfi təsir göstərən İran kürdlərinin fəaliyyətini diqqətlə izləyir
Türkiyə İranın “Kürdüstanın Azad Həyatı” (PJAK) qruplaşmasının fəaliyyətini diqqətlə izləyir.
Bunu Türkiyənin müdafiə naziri Yaşar Gülər brifinqdə bildirib.
“Etnik separatizmi qızışdıran qrupların, o cümlədən terror təşkilatı PJAK-ın fəaliyyəti təkcə İranın təhlükəsizliyinə deyil, həm də regionda ümumi sülh və sabitliyə mənfi təsir göstərir”, – deyə Yaşar Gülər bildirib.
Onun sözlərinə görə, Türkiyə onların fəaliyyətini izləyir.
Bundan əvvəl “Reuters” anonim mənbəyə istinadən yazıb ki, PJAK qruplaşması ABŞ ilə İran qüvvələrinə ölkənin qərb hissəsində necə və nə vaxt zərbə endirilməsi ilə bağlı məsləhətləşmələr aparıb.