Türkiyənin müdafiə naziri – Azərbaycan və Ermənistan arasında ötən il Vaşinqtonda təsdiqlənmiş öhdəliyi və son vaxtlar sülhə doğru atılan müsbət addımları təqdir edirik
Azərbaycan və Ermənistan arasında ötən il Vaşinqtonda təsdiqlənmiş öhdəliyi və son vaxtlar sülhə doğru atılan müsbət addımları təqdir edirik – bu barədə Türkiyənin müdafiə naziri Yaşar Güler bildirib.
Türkiyə Müdafiə Nazirliyinin rəhbəri, regionda mümkün qədər tez bir zamanda hərtərəfli və davamlı sülhün bərqərar olacağına ümid etdiyini deyib.
“Türkiyə prosesin dayanıqlı əsasda başa çatdırılmasına, regional sabitliyin möhkəmləndirilməsinə və regionun bütün xalqlarının sülh və rifahına töhfə verməyə yönəlmiş səyləri dəstəkləyir. Qafqaza bu gün münaqişə deyil, etimad, əməkdaşlıq, inkişaf və rifah lazımdır. İnanırıq ki, Türkiyə ilə Azərbaycan arasında mövcud olan sarsılmaz həmrəylik bu yeni dövrün ən mühüm qarantlarından biridir” – Yaşar Güler qeyd edib.