Türkiyənin xarici işlər naziri NATO-nun baş katibi ilə Qara Dənizin təhlükəsizliyi məsələsini müzakirə edib
Türkiyənin xarici işlər naziri NATO-nun baş katibi ilə Qara Dənizin təhlükəsizliyi məsələsini müzakirə edib

 

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukrayna tərəfindən rus gəmilərinə və tankerlərinə edilən bir neçə hücumdan sonra NATO-nun baş katibi Mark Rute ilə Qara Dənizin təhlükəsizliyi məsələsini müzakirə edib.

Bu haqda “Reuters” xəbər verir.

Qeyd etmək lazımdır ki, Ankara öz sahillərində, Türkiyənin eksklüziv iqtisadi zonasında həyata keçirilən hücumları qınayıb.

Hakan Fidan dəniz nəqliyyatına hücumları qəbuledilməz hesab edir və tərəfləri onların qarşısını almağa çağırır.