Türkiyənin xarici işlər naziri – İsrail qlobal sülh üçün əsas təhlükədir, onu silahla təchiz edən və siyasi dəstək elan edən ölkələr buna kömək edirlər
İsrail qlobal sülh üçün əsas təhlükədir – bu haqda Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
Fidan deyib ki, onu silahla təchiz edən və siyasi dəstək elan edən ölkələr buna kömək edirlər.
“Bu gün İsrail beynəlxalq sülh və təhlükəsizlik üçün əsas təhlükəyə çevrilib, lakin İsrail tək deyil. İsraili dəstəkləyən, onu silahla təchiz edən və siyasi dəstək elan edən ölkələr var” – Fidan İordaniyanın xarici işlər naziri Ayman Sapadi ilə birgə keçirilən mətbuat konfransında deyib.
Fidan, İsrailin bir ildən çoxdur Qəzzada soyqırım həyata keçirdiyini və indi İsrailin Baş naziri Benyamin Netanyahunun tədricən Livanı işğal etməyə çalışdığını qeyd edib.