Türkiyənin Gürcüstandakı səfiri Birinci Kanala qonaq olub

19:02, 16.09.2026

 

Türkiyə Respublikasının səfiri Gürcüstan İctimai Yayımçısına baş çəkib. Baş direktor və Qəyyumlar Şurasının sədri onunla görüş keçiriblər.

Mustafa Türker Arini İctimai Yayımçının yeni binası ilə tanış ediblər. Müxtəlif istiqamətlər üzrə gələcək əməkdaşlıq barədə söhbət baş tutub. Səfir, Gürcüstan və Türkiyə arasında həm hökumət, həm də iqtisadiyyat, turizm və digər sahələrdə çoxtərəfli əlaqələrin olduğunu bildirib. O, İctimai Yayımçı ilə gələcəkdə də daha dərin münasibətlər qurmağa hazır olduğunu bildirib.

Oxşar