Türkiyənin energetika naziri - Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə qlobal neft təchizatına mühüm töhfə veririk, Suriyanın enerji ehtiyaclarını təmin edəcək təşəbbüs üzərində çalışırıq
Azərbaycan və Türkiyə Suriyaya təbii qazın tədarükünü təmin etmək üçün birgə işləmək barədə razılığa gəliblər – bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov İzmirdə Türkiyə-Azərbaycan Energetika Forumu çərçivəsində keçirilən mətbuat konfransında deyib. Qeyd olunan məlumatı Türkiyənin TRT teleşirkəti yayır.
“Bir az bundan əvvəl Avropa ölkələri ilə indiyədək etdiyimiz kimi Türkiyədən keçməklə Suriyaya təbii qazın tədarükünü təmin etmək üçün birgə işləmək barədə razılığa gəldik. Bugünkü görüşdə bu layihə həmçinin müzakirə olunurdu” – Azərbaycanın energetika naziri deyib.
Öz növbəsində, Türkiyənin energetika naziri Alparslan Bayraktar Bakı-Tbilisi-Ceyhan boru kəmərinin qlobal neft təchizatında əhəmiyyətindən danışıb.
“Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə qlobal neft təchizatına həyatı əhəmiyyətli töhfə veririk. Türkiyənin təbii qaz şəbəkəsini Suriyaya birləşdirən son layihə ilə biz həm Suriyanın enerji ehtiyaclarını təmin edəcək, həm də orada həyatın normallaşmasına kömək edəcək mühüm təşəbbüs üzərində birgə işləyirik. Birlikdə, bizim iki ölkə təkcə Avropanın enerji təhlükəsizliyinə deyil, həm də qlobal tədarük sisteminə töhfə verir” – Türkiyənin energetika naziri bildirib.