Türkiyənin dağ-xizək kurortunda mehmanxanalardan birində yanğında 10 nəfər həyatını itirib, 32 nəfər yaralanıb [Video]
Türkiyənin dağ-xizək kurortunda mehmanxanalardan birində yanğında 10 nəfər həyatını itirib, 32 nəfər yaralanıb. Bu haqda məlumatı Türkiyə mediası yerli hakimiyyətə istinadən yayır.
Hadisə Bolu vilayətində yerləşən Kartalkaya kurortunda baş verib. Yanğın yerli vaxtla saat 03:30-da 11 mərtəbəli mehmanxananın dördüncü mərtəbəsində baş verib.
Medianın məlumatında, hadisə yerinə təcili xidmət qrupları, o cümlədən 30 yanğınsöndürən və 28 təcili yardım avtomobilinin səfərbər olunduğu deyilir. Yanğının söndürülməsi və xilasetmə əməliyyatına 231 mütəxəssis cəlb olunmuşdu.
Bolu vilayətinin qubernatoru Abdulaziz Aydının bəyanatına əsasən, yanğının səbəbi hələlik məlum deyil, lakin yanğının restoranın yerləşdiyi mərtəbədə baş verdiyi bilinir.
Medianın yazdığı kimi, hadisə zamanı mehmanxanada 234 qonaq olub.