Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 42 310-a qədər artdı 

11:35, 22.02.2023

Türkiyədə dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 42 310-a qədər artdı.

Türk mediasının məlumatına görə, təbii fəlakət bölgəsində ümumilikdə 14740 yerli və beynəlxalq axtarış-xilasetmə personalı işləyir.

Zəlzələ zonasında müxtəlif ölkələr və beynəlxalq təşkilatlar tərəfindən göndərilmiş 300 mindən çox çadır və 6 mindən çox konteyner var.

Türkiyə Fəlakət və Fövqəladə Halların İdarə Olunması Xidmətinin məlumatına görə, dağıdıcı zəlzələdən sonra 7184 yeraltı təkan baş verdi.

Türkiyə prezidenti, Rəcəb Tayyib Ərdoğanın bəyan etdiynə görə, ölkə hökumətinin bir ildən sonra tikəcəyi yeni binalar birinci mərtəbədən əlavə üç-dörd mərtəbədən çox olmayacaq.

Oxşar