Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 40 640-ə çatdı, Suriyada isə, ölənlərin sayı 5 800-ü keçdi

14:37, 19.02.2023

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 40 640-ə çatdı. Fəlakət zonasında dəstək vermək üçün 80 ölkədən 11 mindən çox beynəlxalq axtarış-xilasetmə personalı işləyir.

Türkiyənin cənubunda, Hatay vilayətində 300 saata yaxın dağıntılar altında qaldıqdan sonra biri uşaq olmaqla, dağıntılar altından daha üç nəfər çıxarıldı. Türkiyənin zəlzələdən zərər çəkmiş on rayonundan indiyədək 430 mindən çox insan təxliyə edilib.

Türkiyə Fəlakət və Fövqəladə Halların İdarə Olunması Xidmətinin məlumatına görə, iki güclü zəlzələdən sonra 5700-dən çox yeraltı təkan qeydə alındı. Türkiyə hakimiyyətinin məlumatına görə, 830 mindən çox binaya dəyən ziyan qiymətləndirilib.

Suriyada təbii fəlakətlər nəticəsində 5800-dən çox insan həlak oldu. Ümumdünya Ərzaq Proqramının nümayəndələri bəyan etdiklər ki, ölkənin şimal-qərbində yerli administrasiya humanitar yardımların çatdırlmasını əngəlləyir. Ümumdünya Səhiyyə Təşkilatının dəyərləndirməsinə görə, Türkiyə və Suriyada təxminən 26 milyon insanın humanitar yardıma ehtiyacı var.

Oxşar