Türkiyədə terror təşkilatı “İslam Dövləti”nə qarşı keçirilən əməliyyatlar çərçivəsində 83 şübhəli saxlanılıb

17:24, 25.09.2026

Türkiyədə terror təşkilatı “İslam Dövləti”nə qarşı keçirilən əməliyyatlar çərçivəsində 83 şübhəli saxlanılıb.
Türkiyənin Daxili İşlər Nazirliyinin məlumatına görə, “İslam Dövləti”nə qarşı əməliyyatlar 28 vilayətdə keçirilib.

Məlum olub ki, saxlanılan şəxslər terror təşkilatı “İslam Dövləti”nin üzvləri olublar. Onların təşkilatı əlaqəli şəxslər və qondarma xeyriyyə təşkilatları vasitəsilə maliyyələşdirdikləri, həmçinin sosial şəbəkə hesabları vasitəsilə terror təşkilatının təbliğatını yaydıqları müəyyən edilib.

Oxşar