Türkiyədə son 24 saatda koronavirusa 914 yeni yoluxma halı qeydə alınıb,23 pasiyent isə dünyasını dəyişib
Son 24 saat ərzində Türkiyədə yeni növ koronavirusa 914 yeni yoluxma halı qeydə alınıb,23 pasiyent isə dünyasını dəyişib. Məlumatı „ Anadolu“ Dövlət agentliyi yayır.
Ölkə miqyasında Covid 19 –a yoluxma hallarının ümumi sayı hazırda 170 132-ni, virusdan dünyasını dəyişənlərin sayı isə 4 692-ni təşkil edir.
Türkiyədə son 24 saatda koronavirusdan 2647 nəfər sağalıb.Ölkə miqyasında 137 969 pasiyent virusu artıq məğlub edə bilib.
Hazırladı-Sevinc Mustafayeva