Türkiyədə prezident seçkilərinin ikinci turunda bu mərhələdə xarici ölkələrdə olan 1.7 milyon seçici öz seçimini qeyd etdi
Türkiyədə prezident seçkilərinin ikinci turunda xaricdə olan 1.7 milyon seçici səs verdi, – bu barədə Türkiyə Ali Seçki Şurası məlumat yayır.
Elə onların məlumatına görə, səsvermə prosesi Türkiyənin xaricdəki diplomatik nümayəndəliklərində və sərhəd-keçid məntəqələrində mayın 20-də başladı. Bu mərhələdə 1 733 940 seçici öz seçimini qeyd etdi. Xaricdə yerləşən diplomatik nümayəndəliklərdə səsvermə bu gün başa çatacaq, sərhəd-keçid məntəqələrində isə, səsvermə mayın 28-dək mümkün olacaq.
Türkiyədə prezident seçkilərinin ikinci turu mayın 28-də keçiriləcək. İkinci turda ölkənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan və müxalifətin namizədi Kamal Kılıçdaroğlu qaşılaşacaqlar.