Türkiyədə pis hava şəraiti insan tələfatı ilə müşaiyət olunub

14:58, 25.11.2024
Anadolu Otoyolu'nun Bolu Dağı Tüneli kesiminde kar yağışı etkili bir şekilde devam etti. ( Mehmet Emin Gürbüz - Anadolu Ajansı )

Anadolu Otoyolu'nun Bolu Dağı Tüneli kesiminde kar yağışı etkili bir şekilde devam etti. ( Mehmet Emin Gürbüz - Anadolu Ajansı )

 
Türkiyədə pis hava şəraiti insan tələfatı ilə müşaiyət olunub. Türk mediasının məlumatına əsasən, güclü qar səbəbindən Hekimhan rayonunda çobanlar dağda qalıblar, daha sonra onları xilas ediblər, lakin onlardan biri xəstəxanaya aparıldıqdan sonra dünyasını dəyişib.

Malatya vilayətində ölkənin şərqində yollarda yaranan problemlərdən sonra 787 vətəndaşı təxliyə ediblər. Güclü qar, çovğun və şaxtaya görə Türkiyənin 20 vilayətində və 5 vilayətin ayrı-ayrı rayonlarında təhsil dayandırılıb.

Digər rayonlarla yanaşı, qadağalar Trabzon, Artvin, Adana və Giresun rayonlarına şamil edilib. Malatya-Kayseri və Malatya-Sivas istiqamətlərində dövlət yolları nəqliyyat üçün bağlanıb və pis hava şəraitinə görə yolda olan vətəndaşların təhlükəsiz şəkildə təxliyəsi davam edir.

Oxşar