Türkiyədə ötən bir gün ərzində koronavirusun 6 713 yeni halı aşkar edildi, 153 insan vəfat etdi
Türkiyədə ötən bir gün ərzində koronavirusun rekord göstəricisi aşkar edildi. Son 24 saat ərzində ölkədə virusa yoluxan 153 pasiyent vəfat etdi və virus 6 713 insanda təsdiq olundu. Bu, pandemiyanın başlamasından bu günə qədər qeydə alınan ən yüksək göstəricidir. Bu barədə məlumatı “CNN” yayır.
Nəşrin məlumatına görə, Türkiyədə intensiv terapiya şöbəsinin 71 faizi dolubdur. Bu da, pandemiyanın başlamasından bu günə qədər qeydə alınan ən yüksək göstəricidir.
Virusun yeni hallarının sayının kəskin şəkildə artmasına görə, ötən həftə ölkədə tədbirləri sərtləşdirdilər. Şənbə-bazar günləri komendant saatı tədbiq olundu. Teatrlar, çayxanalar, üzgüçülük hovuzları və internetkafelər müvəqqəti olaraq bağlandı.