Türkiyədə narkotiklər işi üzrə 17 sənətçi, müğənni və iş adamını saxlayıblar
Türkiyədə narkotiklər işi üzrə 17 sənətçi, müğənni və iş adamını saxlayıblar

 

Türkiyə Polisi İstanbul Baş Prokurorluğunun qaçaqmalçılıq, narkotik və iqtisadi cinayətlərlə bağlı istintaqı çərçivəsində 17 nəfəri saxlayıb.

Prokurorluğun bəyanatına əsasən, ümumilikdə 25 nəfər haqqında həbs orderləri çıxarılmışdı.

“İşdəki dəlillər əsasında, bu gün keçirilən axtarışlar və həbslər nəticəsində 25 şübhəlidən 17-sini saxlayıblar. Axtarışlar zamanı ümumilikdə 52,46 qram marixuana ələ keçirilib. Səkkiz şübhəlinin saxlanılması üçün əməliyyatlar davam edir” – İstanbul Baş Prokurorluğunun bəyanatında deyilir.

“Habertürk” teleşirkətinin məlumatına əsasən, şübhəlilər arasında Türkiyədə tanınmış sənətçilər var. Xüsusilə, üzərindən 17 qram marixuana tapılan “Duman” rok qrupunun solisti Kaan Tangözedən, həmçinin müğənni Murat Dalkılıç və 33 qram narkotik maddənin ələ keçirildiyi məşhur aktyor İsmayıl Hacıoğlundan söz gedir.

Həmçinin, saxlanılanların siyahısında pərakəndə ticarət, logistika və xidmət sahəsində fəaliyyət göstərən şirkətlərin rəhbərləri və ya tərəfdaşları da daxil olmaqla yerli sahibkarlar var.