Türkiyədə meşə yanğını nəticəsində həlak olanların sayı 17-yə yüksəlib
Türkiyədə meşə yanğını nəticəsində həlak olanların sayı 17-yə yüksəlib

 

Türkiyədə meşə yanğını nəticəsində həlak olanların sayı 17-yə yüksəlib.

“Associated Press”in yazdığı kimi, həlak olanlar arasında ölkənin şimal-qərb hissəsində yerləşən Bursa şəhərində yanğının söndürülməsi əməliyyatında iştirak edən yanğınsöndürənlər var.

Bursa şəhəri yaxınlığında yanğın həftə sonu baş verib və 3500 insan təxliyə ediləsi olub.

Məlumat üçün bildirək ki, iyulun 25-də Türkiyənin Aralıq dənizi sahilində yanğın baş verib. Bu səbəbdən hökumət İzmir və Bilecik əyalətlərini təbii fəlakət zonası elan edib. Yanğın həmçinin Antalya əyalətində də qeydə alınıb.