Türkiyədə məktəblərdən birində atışma nəticəsində ən azı 16 nəfər yaralanıb
Türkiyədə məktəblərdən birində atışma nəticəsində ən azı 16 nəfər yaralanıb, hücumçu isə həyatına intihar etməklə son qoyub. Bu haqda məlumatı “CNN” yayır.
Medianın məlumatına əsasən, eyni məktəbin keçmiş şagirdi təhsil müəssisəsində ünvansız atəş açıb. Hadisə Şanlıurfa əyalətində Siverek rayonunda yerləşən orta məktəblərdən birində baş verib.
Yayılmış məlumata əsasən, silahlı şəxs atışmadan sonra əvvəlcə məktəb binasında gizlənməyə çalışıb, sonra isə təslim olmaqdan imtina edib və eyni silahla intihar edib.
Medianın yazdığı kimi, yaralılardan biri ağır vəziyyətdə olan müəllimdir. Hücumun motivi hələlik naməlumdur.
Şanlıurfa əyalətinin qubernatoru Hasan Sildakın bəyanatına əsasən, yaralılar arasında on şagird, dörd müəllim, yeməkxananın bir əməkdaşı və bir polis var.