Türkiyədə mədəndə baş verən partlayış nəticəsində azı iki nəfər ölüdü, iyirmi nəfər xəsarət aldı
Türkiyənin şimalında, Bartın şəhəri yaxınlığında yerləşən mədəndə partlayış baş verdi. Medianın məlumatına görə, qəza nəticəsində azı iki nəfər öldü, iyirmi nəfər xəsarət aldı.
İlkin məlumata görə, partlayış yerli vaxtla saat 18:15-də yerin altında, 300 metr dərinlikdə baş verdi. Hələlik partlayışın səbəbi məlum deyil.
Hadisə zamanı hadisə yerində 44 nəfər, 350 metr dərinlikdə isə, beş nəfər var idi.
Onlarla təcili yardım və xilasedicilər hadisə yerinə səfərbər olunub.