Türkiyədə, Mardin vilayətində baş verən qəza nəticəsində 16 nəfər öldü, 29 nəfər xəsarət aldı

10:19, 21.08.2022

Türkiyədə, Mardin vilayətində baş verən qəza nəticəsində 16 nəfər öldü, 29 nəfər xəsarət aldı.

Türk mediasının məlumatına görə, qəza Mardin vilayətinin Derik rayonunda baş verdi. Yanacaqdoldurma məntəqəsində yük maşını minik avtomobillərlə toqquşdu və aşdı. Daha sonra qarşı yoldan yük maşını hadisə yerinə gələn təcili yardımı və toplaşan insanlara toqquşdu.

Son məlumata görə, ölənlər arasında uşaqlar da var. Xəsarət alan 29 nəfərdən səkkizinin vəziyyəti ağırdır.

Xatırladırıq ki, dünən də Türkiyənin Qaziantep vilayətində avtomobil qəzası baş verdi, nəticədə 16 nəfər öldü, 21 nəfər xəsarət aldı.

Oxşar