Türkiyədə koronavirusun 7 909 yeni halı təsdiq olundu, 113 pasiyent vəfat etdi
Türkiyədə koronavirusun 7 909 yeni halı təsdiq olundu, 113 pasiyent vəfat etdi

Türkiyədə son 24 saat ərzində koronavirusun 7 909 yeni halı təsdiq olundu, 8 815 pasiyent müalicə olunaraq sağaldı. Ölkədə son bir gündə virusdan 113 insan vəfat etdi.

Bu günki göstəricilərlə, ölkədə virusa yoluxmanın 2.5 milyon halı qeydə alınıb, 2.39 milyon pasiyent müalicə olunaraq sağalıb.

Cəmi, epidemiyanın başlamasından bu günə qədər, Turkiyədə koronavirusdan 26 467 pasiyent vəfat edib.