Türkiyədə koronavirusun 2 302 yeni halı aşkar edildi, 1 521 pasiyent sağaldı
Türkiyədə son bir gün ərzində koronavirus 2 302 insanda təsdiq olundu.
Müvafiq məlumatı yerli media ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.
Son bir gündə Türkiyədə koronavirusdan 76 pasiyent vəfat etdi, 1 521 pasiyent isə, müalicə olunaraq sağaldı.
Yerli medianın məlumatına görə, xəstəliyin yayılmasından bu günə qədər, Türkiyədə koronavirusun 379 775 halı qeydə alınıb, 10 402 pasiyent vəfat edib, 327 007 pasiyent müaslicə olunaraq sağalıb.
Ölkədə bu vaxt üçün 2 341 pasiyent kritik olaraq ağır vəziyyətdədir.