Türkiyədə koronavirusun 2 198 yeni halı aşkar edildi
Türkiyədə koronavirusun 2 198 yeni halı aşkar edildi

Türkiyədə koronavirusun 2 198 yeni halı aşkar edildi. Məlumatı Türkiyə Səhiyyə Nazirliyinə istinad edərək yerli media yayır.

Bununla yanaşı, son bir gündə 1 398 insan müalicə olunaraq sağaldı, 75 pasiyent isə, vəfat etdi.

Yerli medianın məlumatına görə, xəstəliyin yayılmasından bu günə qədər, Türkiyədə koronavirusa 363 999 insan yoluxub, 9 874 insan vəfat edib.

Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə koronavirus üzrə 13,3 milyondan artıq test edilib.