Türkiyədə koronavirusun 1 815 yeni halı aşkar edildi, 72 pasiyent vəfat etdi
Türkiyədə koronavirusun 1 815 yeni halı aşkar edildi. Məlumatı Türkiyə Səhiyyə Nazirliyinə istinad edərək yerli media yayır.
Bununla yanaşı, son bir gündə 1 398 insan müalicə olunaraq sağaldı, 72 pasiyent isə, vəfat etdi.
Yerli medianın məlumatına görə, xəstəliyin yayılmasından bu günə qədər, Türkiyədə koronavirusa 347 493 insan yoluxub, 9 296 insan vəfat edib, 304 mindən artıq pasiyent müalicə olunaraq sağalıb.