Türkiyədə koronavirusun 1 502 yeni halı aşkar edildi. Məlumatı Türkiyə Səhiyyə Nazirliyinə istinad edərək yerli media yayır.
Bununla yanaşı, son bir gündə 1 212 insan müalicə olunaraq sağaldı, 59 pasiyent isə, vəfat etdi.
Yerli medianın məlumatına görə, xəstəliyin yayılmasından bu günə qədər, Türkiyədə koronavirusa 335 533 insan yoluxub, 8 837 insan vəfat edib, 294 357 pasiyent müalicə olunaraq sağalıb.