Türkiyədə koronavirusun 1 429 yeni halı aşkar edildi, 57 pasiyent vəfat etdi
Türkiyədə koronavirusun 1 429 yeni halı aşkar edildi. Koronavirus statistikası barəsində son göstəriciləri Türkiyə Səhiyyə Nazirliyi yayır.
Bununla yanaşı, son bir gündə 1 182 insan müalicə olunaraq sağaldı, 57 pasiyent isə, vəfat etdi.
Yerli medianın məlumatına görə, xəstəliyin yayılmasından bu günə qədər, Türkiyədə koronavirusa 324 443 insan yoluxub, 8 441 insan vəfat edib, 285 050 pasiyent müalicə olunaraq sağalıb.