Türkiyədə kömür mədənində baş verən partlayış nəticəsində ölənlərin sayı 28-ə qədər artdı

11:06, 15.10.2022

Türkiyədə, Bortin şəhərində kömür mədənində baş verən partlayış nəticəsində ölənlərin sayı 28-ə qədər artdı.

Türk mediasının məlumatına görə, 58 xəsarət alandan 11 nəfəri xəstəxanaya yerləşdirildi.

Partlayış dünən yerli vaxtla saat 18:15 radələrində, yerin 300 metr dərinliyində baş verdi.

Partlayışa səbəb hələlik məlum deyil.

Hadisə zamanı onlarla insan 300 və 350 metr dərinlikdə idi. Onlarla təcili yardım və xilasedicilər hadisə yerinə səfərbər olunub.

Oxşar