Türkiyədə Kahramanmaraş bölgəsinin məktəbində silahlı hücum nəticəsində dörd nəfər həlak olub
Türkiyədə Şanlıurfanın məktəbində baş vermiş silahlı hücum nəticəsində dörd nəfər həlak olub. Bu haqda məlumatı türk mediası yayır.
Yerli medianın məlumatına əsasən, bir müəllim və üç şagird həlak olub. Silahlı hücum nəticəsində 20 nəfər yaralanıb.
Kahramanmaraşın qubernatoru Mükerem Ünlüer Ayser Çalık orta məktəbində baş verən hücum haqda danışarkən səkkizinci sinif şagirdinin məktəbdə atəş açdığını qeyd edib.
Yayılmış məlumata əsasən, çantasında odlu silahları məktəbə gətirən şagird iki sinif otağına daxil olub və atəş açmağa başlayıb. Hücumun səbəbi bu vaxtadək bilinmir. Hücumçunun özünün də həlak olduğu məlum olub.
Medianın yazdığı kimi, hücumçunun atası hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılan sabiq polis məmurudur. Yerli hakimiyyət orqanları şagirdin atasının silahlarını götürdüyünü ehtimal edirlər. Yerli hakimiyyət orqanlarının məlumatına əsasən, məktəblinin beş silahı və yeddi patron darağı olub.