Türkiyədə Kahramanmaraş bölgəsinin məktəbində silahlı hücum insan tələfatı ilə nəticələnib
Türkiyədə Kahramanmaraş bölgəsinin məktəbində silahlı hücum insan tələfatı ilə nəticələnib. Bu haqda məlumatı yerli media yayır.
Türkiyə mediasının məlumatına əsasən, atışma Şanlıurfa şəhərində baş verib.
Kahramanmaraşın qubernatoru Mükerem Ünlüer hadisənin tələfat ilə nəticələndiyini və həlak olanların sayının arta biləcəyi ehtimalının olduğunu bildirib.
Medianın məlumatına əsasən, hadisə yerinə bir sıra patrul və tibbi qruplar səfərbər edilib.
Silahlı hücumdan sonra ölkənin təhsil naziri Yusuf Tekin Kahramanmaraşa yollanıb.