Türkiyədə İstanbulun merini dəstəkləyən aksiyanın iştirakçıları ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşma baş verib
Ankarada İstanbulun merini dəstəkləyən aksiyanın iştirakçıları ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşmalar baş verib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılara qarşı bibər spreyindən istifadə ediblər.
Yaralananlar və ya saxlanılanlar barədə hələ məlumat yayılmayıb.
Aksiyada tələbələr İstanbulun meri Ekrem İmamoğlunun saxlanılmasına etiraz ediblər. Türkiyə polisi İmamoğlunu korrupsiya ittihamı ilə saxlayıb. Polis tərəfindən həyata keçirilən əməliyyat korrupsiya cinayətlərinin genişmiqyaslı istintaqı ilə əlaqədardır. Əvvəlcə merin evində axtarış aparılıb.