Türkiyədə "İslam Dövləti"nin üzvləri ilə toqquşma zamanı yeddi polis yaralanıb
Türkiyədə "İslam Dövləti"nin üzvləri ilə toqquşma zamanı yeddi polis yaralanıb

 

Türkiyədə “İslam Dövləti”nin üzvləri ilə toqquşma zamanı yeddi polis yaralanıb – bu haqda “Anadolu” yazır.

Türk mediasının xəbər verdiyi kimi, hüquq-mühafizə orqanlarının əməkdaşları Yalova şəhəri yaxınlığında yerləşən və “İslam Dövləti”nin üzvlərinin olduğu güman edilən evdə xüsusi əməliyyat keçirirdilər. Şübhəlilər əməliyyat başlayan kimi polisə atəş açıblar.

“Anadolu”nun məlumatına əsasən, yaralıların vəziyyəti hazırda qənaətbəxşdir.

Məlumat üçün bildirək ki, ötən həftə Türkiyədə “İslam Dövləti”nin üzvü olduğu iddia edilən 115 nəfər saxlanılıb. İstanbul Baş Prokurorluğunun bəyanatına əsasən, qeyd olunan şəxslər Milad və Yeni il bayramlarında hücum təşkil etməyi planlaşdırırdılar.