Türkiyədə hərbi helikopter qəzaya uğrayıb, bortda olan beş nəfər yaralanıb
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb, bortda olan beş nəfər yaralanıb

Türkiyədə hərbi helikopter qəzaya uğrayıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Hadisə ölkənin paytaxtı Ankara şəhərində baş verib. Qəza nəticəsində bortda olan beş nəfər yaralanıb.

Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə, hərbi aviasiya komandanlığına məxsus CH-47 tipli hərbi-nəqliyyat helikopteri təlim uçuşu zamanı naməlum səbəbdən qəzaya düşüb.

Qəzanın səbəbi hələlik məlum deyil və araşdırma aparılır.