Türkiyədə Çindən Türkiyəyə “Orta Dəhliz” marşrutu ilə Çin-Avropa yük qatarlarının səyahət vaxtının 15 günə qədər azaldığını bildirirlər
Çindən Türkiyəyə “Orta Dəhliz” marşrutu ilə Çin-Avropa yük qatarlarının səyahət vaxtı 15 günə qədər azalıb. Bu barədə Türkiyənin nəqliyyat və infrastruktur nazirinin müavini Enver İskurt İstanbulda qatarların qarşılanması və yola salınması mərasimində deyib.
Tədbir çərçivəsində Çindən gələn iki yük qatarı İstanbuldan Polşa (Lodz) və Macarıstana (Budapeşt) yollanıb.
“Sindzianın Alatava aşırımından keçməklə “Orta Dəhliz” marşrutu ilə 508 ton yükü daşıyan qatarlardan biri Çenqdudan yola düşüb və Türkiyədə Qarsa çatıb. Vaxtın 15 günə qədər azalması Çin, Türkiyə və Avropa üçün mühüm addım olub” – Türkiyə hökumət nümayəndəsi bildirib.
İskurt vurğulayıb ki, növbəti hədəf Alatava və Qars arasında səyahət vaxtını 10 günə qədər azaltmaqdır.
“Orta Dəhliz” Çini Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Avropa ilə birləşdirən multimodal marşrutdur.