Türkiyədə bu gün prezidenti seçkilərinin ikinci turu keçirilir

10:44, 28.05.2023

Türkiyədə bu gün prezidenti seçkilərinin ikinci turu keçirilir.

Seçki məntəqələri yerli vaxtla səhər saat 08:00-da açılacaq, axşam saat 17:00-da bağlanacaq. Bundan sonra seçkilərin nəticələri məlum olacaq.

İkinci turda Türkiyənin 13-cü prezidenti vəzifəsinə ölkənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan və birləşmiş müxalifətin namizədi Kamal Kılıçdaroğlu mübarizə aparır.

Hər iki namizəd son seçkiqabağı mitinqini İstanbulda keçirdi.

Prezident Ərdoğan vətəndaşlara seçdiyi kursu davam etdirəcəklərini və Türkiyənin dünya arenasında mövqeyini gücləndirəcəklərini vəd edir. Eləcə də vəd edir ki, pensiya və dövlət məmurları maaşları artırılacaq. Ərdoğan müxalifəti Türkiyədə terror təşkilatı kimi tanınan “Kürd Fəhlə Partiyasına” dəstək verməkdə ittiham edir və onları səriştəsizlikdə ittiham edir.

İkinci turda kampaniya zamanı Ərdoğan Türkiyədəki Suriyalı qaçqınların problemlərinin həllinə və ölkənin enerji müstəqilliyinin gücləndirilməsinə diqqət yetirirdi. Türkiyənin hazırkı prezidenti müxalifəti Qərbin nəzarətində olan müxalifət adlandırır və rəqibi nifrət nitqindən istifadə etdiyinə görə tənqid edir.

Birləşmiş müxalifətin namizədi Kamal Kılıçdaroğlu prezident seçkilərinin ikinci turu öncəsi yenə də ölkə iqtisadiyyatından danışırdı. Eləcə də ölkədə olan qaçqınların vətənlərinə qaytarılması vədi ilə çıxış edirdi. O, şəxsən Ərdoğanı miqrantları Türkiyəyə buraxmaqda ittiham etdi.

Kamal Kılıçdaroğlu qələbə qazanacağı təqdirdə Türkiyədə tək adam idarəçiliyinə son qoyulacağını və ölkənin super-prezident respublikası əvəzinə parlamentli respublikasına çevriləcəyini bəyan edir.

Seçkilərin birinci turunda Rəcəb Tayyib Ərdoğan 2,5 milyona yaxın səslə Kamal Kılıçdaroğluna qalib gəldi.

Oxşar