Türkiyədə bu gün prezident və Parlament seçkiləri keçirilir

10:28, 14.05.2023

Türkiyədə bu gün prezident və parlament seçkiləri keçirilir.

Türkiyə vətəndaşları prezident seçkilərində üç namizəd arasında seçim etməli olacaqlar; bunlar ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan, müxalifətin vahid namizədi Kamal Kılıçdaroğlu və Sinan Oğandır. Digər namizəd Muharrem İnce isə, seçkilərə bir neçə gün qalmış namizədliyini geri götürdü.

Parlament seçkilərində ümumilikdə 24 siyasi partiya və 151 müstəqil namizəd iştirak edir. Bəzi partiyalar seçkilərdə koalisiyalarla təmsil olunur.

Seçki məntəqələri yerli vaxtla səhər saat 08:00-da açılacaq, axşam saat 17:00-da bağlanacaq.

Ümumilikdə 64.1 milyon vətəndaşın seçkilərdə iştirak etmək hüququ olacaq. Beş milyona qədər seçici ilk dəfə səs verəcək.

Seçicilərə seçki məntəqələrində videoçəkiliş aparmaq qadağan olunacaq. Buna görə də əraziyə mobil telefon və ya kamera ilə daxil olmaq qadağandır.

Seçicilər öz seçimlərini iki fərqli seçki bülleteni üzərində qeyd edərək bir zərfə qoyacaqlar.

İlk növbədə prezident seçkilərinin nəticələri hesablanacaq.

Türkiyə Ali Seçki Şurası 6 fevralda baş vermiş dağıdıcı zəlzələdən zərər çəkmiş bölgələrdə konteynerlərdə xüsusi seçki məntəqələri açdı.

Bununla yanaşı, seçki günü spirtli içkilərin satışı qadağan olunacaq, əyləncə obyektləri bağlanacaq.

Yerli vaxtla saat 18:00-da mətbuatda seçkinin nəticələri ilə bağlı proqnoz verməyə icazə verilməyəcək.

Seçkilərin nəticələri ilə bağlı məlumatı yalnız ölkənin Ali Seçki Şurası yayacaq. Onlar yerli vaxtla saat 21:00-da açıqlanacaq.

Oxşar