Türkiyədə bildirilib ki, İsrailin Suriyada, Əbu Zühur aviabazasına hücumu zamanı və hücumdan əvvəl bazada Türkiyənin hərbi nümayəndə heyəti olmayıb

15:15, 20.08.2026

İsrailin Suriyada Əbu Zühur aviabazasına hücumu zamanı və ondan əvvəl bazada Türkiyənin hərbi nümayəndə heyəti olmayıb. Bunu Türkiyə Müdafiə Nazirliyinin mətbuat katibi Zəki Aktürk bildirib.
Türkiyə Müdafiə Nazirliyinin nümayəndəsinin sözlərinə görə, Suriya və regionda sülh və sabitliyin təmin edilməsi üçün İsrailin bu cür düşünülməmiş hücumlara son qoyması və beynəlxalq hüququn tələblərinə əməl etməsi vacibdir.
“Biz Suriyanın “vahid ordu” prinsipi çərçivəsində öz infrastrukturunu və hərbi imkanlarını qurmaq səylərini dəstəkləməyə davam edəcəyik”, – deyə Zəki Aktürk qeyd edib.
Türkiyə Müdafiə Nazirliyində həmçinin bildirilib ki, İsrailin Əbu Zühur aviabazasına hücumu Suriyanın sabitliyini, təhlükəsizliyini, birliyini və ərazi bütövlüyünü, eləcə də infrastrukturunu zədələməyə yönəlmiş bir aktdır.

Oxşar